![Kadi geri döndüyü "Qarabağ"a xeyir verəcəkmi? - VİDEO](https://www.sportinfo.az/media/2025/02/13/476832475_1171892367639129_8397136548488860572_n.jpg)
"Kadi "Qarabağ"a xeyir verəcək".
Bu iddia ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, 2 illik aradan sonra Ağdam klubuna dönən brazliyalı vingerin əvvəlkitək burada uğurlu olacağına inanır.
Tanınmış teleaparıcı bildirib ki, "köhlən atlar"ın yarımmüdafiə xəttində belə kreativ oyunçuya ehtiyacı var və onun qayıdışından sonra komanda daha bıaxımlı təsir bağışlayacaq.
Bugünlərdə Macarıstan "Ferensvaroş"undan transfer edilən "sambaçı" ilə 4 illik müqavilə imzalanıb.
2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.
Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan “Krasnodar”a, 2024-cü ilin yayında isə Rusiya klubundan “Ferensvaroş”a transfer olunub.
O, bu mövsüm Budapeşt təmsilçisi ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN