![“Qarabağ” bu futbolçuya yeni müqavilə təklif etmədi - SON DƏQİQƏ](https://www.sportinfo.az/media/2025/02/13/475430682_1163968261764873_1997487949080128943_n.jpg)
«Qarabağ»dan ayrılacağı qətiləşən növbəti futbolçunun adına aydınlıq gəlib.
Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra Marko Veşoviç ilə vidalaşmağı qərarlaşdırıb.
«Köhlən atlar» artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Monteneqro yığmasının üzvünə indidən özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.
2021-ci ildə ölkəmizə Polşadan gələn «Legiya»nın sabiq kapitanı 1 ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.
SPORTİNFO.AZ