Beş qol vuran "Qarabağ"a 5 dəqiqə çatmadı ki...

09:20 Qarabağ 164
Beş qol vuran "Qarabağ"a 5 dəqiqə çatmadı ki...

"Qarabağ” Premyer Liqanın 12-ci turunun “Səbail”lə görüşündə 18 dəqiqəyə 5 qol vurub

Sportinfo.az xəbər verir ki, Ağdam klubu 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarında 21-ci əsrin ikinci göstəricisidir. 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub.

2012/13 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb.

Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.(PFL).

Digər Xəbərlər
Xəbər Lenti