![“Qarabağ“ “Lion“un məşhur yetirməsi ilə danışıqlara başladı - SON DƏQİQƏ](https://www.sportinfo.az/media/2025/02/12/478307766_1171892394305793_6842294729602544371_n.jpg)
Braziliyalı hücumçu Olavio Juninyonun gedişindən sonra ön xətdə zəifləyən “Qarabağ” daha bir aparıcı futbolçusunu itirmək təhlükəsi ilə üzləşib.
Bu haqda Fransa mətbuatı xəbər yayıb.
İddia olunur ki, əlcəzairli legioner Yassin Benzia karyerasını Qətərdə davam etdirməyə yaxındır.
“Umm Salal” rəhbərliyi 30 yaşlı futbolçunun transferində maraqlıdır. Onun nümayəndələri ilə danışıqlara start verən asiyalılar onunla razılaşmanı yaxın günlərdə əldə etmək niyyətindədir.
Qətər təmsilçisi Yassinlə anlaşma əldə etdikdən sonra “Qarabağ”la danışıqlara start verəcək.
Bildirilir ki, Ağdam təmsilçisi müqaviləsi yayda başa çatacaq Benzianın azad agent kimi getməsini istəmədiyi üçün onu satmağa razılaşacağı gözlənilir.
Fransız jurnalistlərin yaydığı informasiya gerçəyi əks etdirirmi? “Qarabağ“dan bunu dəqiqləşdirdik.
Redaksiyamıza məlum oldu ki, Benzia ilə danışıqlara artıq start verilib. “Lion“un yetirməsi ilə görüşmələr müsbət axarda davam edir.
Əlcəzair yığmasının üzvü burada qalmaq variantına həvəslə yanaşır və bu, klub rəhbərliyini ümidləndirib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən əlcəzairli 84 oyunda 22 qol və 23 assistə imza atıb.
SPORTİNFO.AZ