![İki ildən sonra “Qarabağ”a qolla qayıtdı - VİDEO](https://www.sportinfo.az/media/2025/02/12/kadi.jpg)
Bu günlərdə “Ferensvaroş”dan “Qarabağ”a transfer olunan Kadi Borges “Səbail”lə matçda meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı braziliyalı Premyer Liqanın 22-ci turunun 83-cu dəqiqəsində Aleksey İsayevin əvəzinə meydana daxil olub.
Vinger meydanda olduğu qısa müddətdə komandasının 2 qolunun vurulmasının birbaşa iştirakçısı olub.
O, 85-ci dəqiqədə Leandro Andradeyə 3-cü qolun ötürməsini edib. 88-ci dəqiqədə Kadi özü başla gözəl qol vurub.
Matç isə “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Kadi son dəfə “Qarabağ”la 2022-ci ilin dekabrında çempionat oyununa çıxmışdı.
Kadinin geridönüş qolunu təqdim edirik: