“Qarabağ” gəmisi batmaq üzrə olan “Səbail”i “topa tutdu” - VİDEO

00:30 Qarabağ 92
“Qarabağ” gəmisi batmaq üzrə olan “Səbail”i “topa tutdu” - VİDEO

"Qarabağ" Premyer Liqanın XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.

Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76-p.), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.

"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

“Qarabağ” – “Səbail” 5:0
Qollar:
Yassin Benzia, 76 (p.); Leandro Andrade, 79, 85; Kadi Borqes, 88; Nəriman Axundzadə, 90+2

Tofiq Bəhramov adına Respublika Stadionu, 400 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Asiman Əzizli
Dördüncü hakim: Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqə: Marko Yankoviç, 50 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.

“Qarabağ”
1. Şahrudin Məhəmmədəliyev
24. Aleksey İsayev
(9. Kadi Borqes, 83)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
22. Musa Qurbanlı
(90. Nəriman Axundzadə, 66)
10. Abdullah Zubir (k)
(11. Emmanuel Addai, 86)
81. Kevin Medina
7. Yassin Benzia
8. Marko Yankoviç
2. Mateus Silva
(29. Marko Veşoviç, 83)
21. Aleksey Kaşuk
(15. Leandro Andrade, 66)
Ehtiyat oyunçular:
99. Mateus Koxalski
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

“Səbail”
12. Əlirza Müştəbazadə
96. İlkin Muradov
74. Yusif Nəbiyev (k)
20. Mert Çelik
(88. Hacıəli Şirəliyev, 86)
11. Rüfət Abdullazadə
(10. David Qomis, 81)
16. Emin Rüstəmov
3. Dmitro Litvin
99. İnnosent Nşuti
(97. Oruc Məmmədov, 89)
7. Madi Queta
5. Gitay Sofir
(83. Nihad Quliyev, 81)
14. Suleyman Alluş
(22. Mirabdulla Abbasov, 86)
Ehtiyat oyunçular:
1. Hüseynəli Quliyev
25. Nicat Məmmədzadə
19. Samir Abdullayev
8. Qorka Laruçça
Baş məşqçi: Cavid Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti