![İspaniyanın La Liqa klubu “Qarabağ”dan kimi transfer etmək istəyir? - FOTO](https://www.sportinfo.az/media/2025/02/11/6713690607b3794.jpg)
“Qarabağ”ın əcnəbi futbolçuları xarici klubların maraq dairəsində olmaqda davam edir.
Sportinfoo.az-ın Ukrayna mətbuatına istinadən xəbər verir ki, indi də yarımmüdafiəçi Aleksey Kaşukun Ağdam klubundan ayrılmaq ehtimalı yaranıb.
Məlumata görə, İspaniya La Liqasında mübarizə aparan klublardan biri 24 yaşlı hücumameyilli oyunçunu qış transfer dönəmində heyətinə cəlb etməyi planlaşdırır.
Ad açıqlanmasa da, onun İspaniya yüksək liqasında aşağı pillələrdə qərarlaşan komandalardan biri olduğu bildirilir.
Həmin klub Kaşuku yayda birdəfəlik transfer etmək hüququ ilə mövsümün sonuna qədər icarəyə götürməyi nəzərdən keçirir. İspanların skautları mövsümün əvvəlindən ukraynalı futbolçunun oyunlarını izləyir.
Ötən ilin əvvəlində “Malyorka”ya keçidi baş tutmayan Aleksey Kaşuk mövsümün əvvəlində “Qarabağ”la 3 illik müqavilə imzalayıb.