“Qarabağ” ayrılıq qərarı verdi, göz yaşları içində sağollaşdı - FOTOLAR

11 Fevral 19:20 Qarabağ 878
“Qarabağ” ayrılıq qərarı verdi, göz yaşları içində sağollaşdı - FOTOLAR

Bu gün "Qarabağ"dan ayrılan Riçard Almeyda baş məşqçi Qurban Qurbanov və futbolçularla vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi vida görüşü zamanı göz yaşlarını saxlaya bilməyib.

35 yaşlı Braziliya əsilli oyunçu ilə kontrakta qarşılıqlı razılaşma əsasında xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib.

O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

"Qarabağ" Riçard Almeydaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Qarabağ" bu qış Olavio Juninyo və Julio Romao ilə də yollarını ayırıb.

Həmin anların fotolarını təqdim edirik:

































Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 19:50 Çək və bizə göndər!