![“Qarabağ” müqaviləsini pozdu - Yaydığımız xəbər təsdiqləndi: SON DƏQİQƏ](https://www.sportinfo.az/media/2025/02/11/803aea00-af0d-3279-aa35-f351aef71b49_850.jpg)
“Qarabağ” bu gün Riçard Almeyda ilə yollarını ayırıb.
Klubun rəsmi saytı 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi haqda fevralın 8-də yaydığımız xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/214156.html).
2012-2018, 2019 və 2021-2025-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə
Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
2020-2021-ci illər aralığında “Zirə“nin də formasını geyinmiş Almeyda artıq “Qarabağ“ın aparıcı fiqurlarından sayılmırdı.
Qurban Qurbanov “sambaçı“nın xidmətindən çox da istifadə etmir. O, adətən, Premyer Liqada meydana çıxırdı.
“Sambaçı”nın gedişinə səbəb yayda bitəcək müqaviləsinin müddətinin uzadılmayacağına dair aldığı məlumatdır.
Klub rəhbərliyi ilə görüşən braziliyalı baş məşqçinin planı barədə bilgi alıb və ovaxta qədər gözləməyi lazım bilməyib.
Başqa klublardan təkliflərinin olduğunu deyərək, kontraktı pozub.
SPORTİNFO.AZ