“Onlardan səs-soraq çıxmadı, "Qarabağ" variantı yarandı”

16:20 Qarabağ 564
“Onlardan səs-soraq çıxmadı, "Qarabağ" variantı yarandı”

"Mənə "Qarabağ"da qalmağı təklif etdilər".

bunu "Sport24.ru" saytına müsahibəsində Rusiya millisinin və "Dinamo"nun qapıçısı Andrey Lunyov deyib.

33 yaşlı qolkiper övladı üçün Moskvaya qayıtmağı seçdiyini bildirib:

"Oğlumun bu il beş yaşı tamam oldu. Məktəbə getməyinə az qalıb.

Artıq daimi yaşayış yeri haqqında qərar verməyin vaxtı çatmışdı. Ona görə doğulub boya-başa çatdığım şəhərə döndüm".

Lunyov 2023/2024 mövsümündə "köhlən atlar"ın formasını geyinib. O, "Qarabağ"da hər şeydən razı olduğunu söyləyib:

"Bakı gözəl şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə orada qalardım.

Amma övladımın inkişafı üçün Moskvada daha çox imkanlar var. "Qarabağ" öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir.

Mənim üşün əsas olan bu idi. Bu komandaya keçməmişdən əvvəl Türkiyə təmsilçiləri də mənimlə maraqlanırdı.

Ən nüfuzlu klub yəqin ki, "Fatih Karagümrük" idi. Məşqçilər korpusunda dəyişiklik oldu, Andrea Pirlo getdi.

Sonra məlum oldu ki, klub belimdəki zədəyə görə narahatdır. Mənə maaşsız müqavilə təklif etdilər.

Oyunlar üçün pul ödəmək istəyirdilər. Ardınca Kiprin "Apollon" klubu da danışıq apardı.

Məni gözlədiklərini və bilet alacaqlarını dedilər. Amma sonra onlardan səs-soraq çıxmadı və "Qarabağ" variantı ortaya çıxdı".

Digər Xəbərlər
Xəbər Lenti