![“Qarabağ”: Qiymətlər 3, 7 və 15 manat aralığındadır - FOTO](https://www.sportinfo.az/media/2025/02/11/473741324_1161082538720112_6463661870029813480_n.jpg)
Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışdadır.
Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gündən etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Bu gün baş tutacaq “Qarabağ” – “Səbail” görüşü saat 19:00-da başlayacaq.