!["Qarabağ"ın daha bir futbolçusu "Ferentsvaroş"a yollanacaq?](https://www.sportinfo.az/media/2025/02/10/9ckds0m8kn1j73u9gyqsmzs7my15ouvhj1hgivka.jpg)
"Ferentsvaroş" "Qarabağ"ın hücumçusu Leandro Andradeyə elçi düşüb.
Sportinfo.az APA-ya istinadən xəbər verir ki, Leandro Andrade komandanı tərk etmək üzrədir.
O, Macarıstanın "Ferentsvaroş" klubunun transfer siyahısına düşüb. Budapeşt təmsilçisinin yarımmüdafiəçini yaxından izlədiyi bildirilir.
Macarıstanlılar hələlik gözləmə mövqeyindədirlər. Klub rəhbərliyi rəsmi təklif üçün yaya qədər gözləyəcək.
Transfer pəncərəsində "Ferentsvaroş"un Andrade üçün "Qarabağ"a təklif göndərəcəyi bildirilir.
Daha öncə "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao "Ferentsvaroş"a transfer olunub