Romaonu apardı, “Qarabağ”dan daha iki nəfərlə müqavilə bağladı

10 Fevral 21:20 Qarabağ 4 324
Romaonu apardı, “Qarabağ”dan daha iki nəfərlə müqavilə bağladı

Avropanın məşhur agent şirkətlərindən olan “La Football Consulting” “Qarabağ”ın iki futbolçusu ilə müqavilə bağlayıb.

Julio Romao ilə əməkdaşlıq edən və braziliyalının “Ferentsvaroş”a keçidinin anonsunu verən sözügedən agentlik daha iki nəfərlə əməkdaşlığa start verib.

Bunlar kolumbiyalı müdafiəçi Kevin Medina və Monteneqro millisinin də şərəfini qoruyan Marko Yankoviçdir.

“La Football Consulting”in sosial media səhifələrində əməkdaşlıqla bağlı xəbərlər yerləşdirməsi “Qarabağ” azarkeşlərini çaş-baş salıb.

Onlar Romaonun ardınca Medina ilə Yankoviçin də “köhlən atlar”I tərk etdiklərini düşünsələr də, çox keçmədən söhbətin məğzini anlayıblar.

HƏBİB / SPORTİNFO,.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO