!["Qarabağ"da bu xəbəri kimsə yaxşı qarşılamayacaq](https://www.sportinfo.az/media/2025/02/10/0168f561-6923-3e30-9ef0-65891f8448f9_850.jpg)
"Qarabağ" dünya reytinqində 6 pillə geriləyib.
Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.
Azərbaycan çempionu hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən "Zirə" (103,25 xal) 208-ci sıradadır.
14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu ola bilib.
504 komandanın yer aldığı siyahıya İspaniya təmsilçisi "Real" başçılıq edir - 481 xal.