![Dünyada ən çox oyun keçirən iki futbolçudan biri “Qarabağ”da! - Bu da FOTO](https://www.sportinfo.az/media/2025/02/09/2aogkpiwybblfrbcg30ax2xodh0jnm0vcrh4omrc.jpg)
“Qarabağ”ın bəzi futbolçularının cari mövsümdəki statistik göstəriciləri göz oxşayır.
Xüsusən Leandro Andradenin bu mənada öyünmək haqqı var.
Kabo-Verdedən olan yarımmüdafiəçi iyuldan bu yana, yəni 2024/25 mövsümündə 36 oyunun (2008 dəqiqə) iştirakçısı olub.
21-i Premyer Liqada, 14-ü avrokuboklarda, 1-i ölkə kubokunda olmaqla 36 matçda meydana çıxan “15 nömrə” 9 qol vurub.
O, oyun sayına görə cari mövsümdə dünya liqalarında ən çox matç keçirənlərin siyahısına başçılıq edən “Atletiko”nun hücumçusu Xulian Alvarezə şərikdir.
Argentina millisinin forvardı Andradeni dəqiqə sayında qabaqlayır. Alvarez 2476 dəqiqə şans qazanıb.
34 qarşılaşmada (2092 dəqiqə) şans qazanan Toral Bayramov isə 2-3-cü sıralarda qərarlaşan “Real Betis”li Abde Ezzalzuli (2395 dəqiqə) ilə Kosta-Rika liqasında mübarizə aparan “Herediano”nun formasını geyinən Elias Aquilardan (2576 dəqiqə) yalnız dəqiqə sayında geri qalır.
Statistika fevralın 7-nə olan göstəricilərə əsasən nəzərə alınıb.
HƏBİB / SPORTİNFO.AZ