Fevralın 5-də "Qarabağ"la müqavilə bağlayan Kadi Borges hələ komandanın məşqlərinə qoşulmayıb.
29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə müqavilə imzaladıqdan sonra şəxsi işləri ilə əlaqədar Macarıstana qayıdıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı baş məşqçi Qurban Qurbanovdan icazə alıb. O, bazar günü ailəsi ilə birlikdə Macarıstandan Bakıya qayıdacaq.
"Qarabağ" Macarıstan "Ferensvaroş"undan transfer etdiyi Kadi ilə 4 illik müqavilə imzalayıb.
Kadi bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.