![“Qarabağ“ dəfələrlə gedib-gəlmiş “Ağsaqqal“la bağlı nə QƏRAR VERDİ?](https://www.sportinfo.az/media/2025/02/08/61c1e123-ad57-30d3-82b5-dd782f7437a9_850.jpg)
2012/2013 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən Riçard Almeyda Azərbaycan karyerası başa çatmaq üzrədir.
Vaxtilə millimizin də şərəfini qorumuş braziliyalı Ağdam klubunun yeni mövsümlə bağlı planlarına daxil deyil.
“Köhlən atlar“ digər oyunçulardan fərqli olaraq, 36 yaşlı yarımmüdafiəçiyə yeni kontrakt təklif etməyib.
“Ağsaqqal“ ləqəbli orta sahə oyunçusunun sözləşməsinin iyunda başa çatacağını bir daha yada salaq.
2020-2021-ci illər aralığında “Zirə“nin də formasını geyinmiş Almeyda artıq “Qarabağ“ın aparıcı fiqurlarından sayılmır.
Qurban Qurbanov “sambaçı“nın xidmətindən çox da istifadə etmir. O, adətən, Premyer Liqada meydana çıxır.
SPORTİNFO.AZ