COP29

Qurban Qurbanovun oxşarı

20:00 Qarabağ 968
Qurban Qurbanovun oxşarı

Baş məşqçi var, futbolçular onun əlindən qaçır.

Baş məşqçi var, futbolçular onunla işləməkdən zövq alır, hara getsələr də, qayıdırlar.

Siyahının başında dayanan şübhəsiz ki, Qurban Qurbanovdur. İndiyə qədər 8 müxtəlif futbolçu pula və daha üst səviyyələrdə oynamağa görə “Qarabağ”ı tərk etsə də, çox keçmədən geri qayıdıblar.

Əyyub Allaşın adını görəndə, yadıma Elmar Baxşıyev düşdü. Bu adam bir çox cəhətlərdə Qurban Qurbanovun oxşarıdır.

İki əvvəl əvvəl yadınızdadır? “Qəbələ”nın ölkə kubokunu qazanan qızıl heyəti var idi. Əksəri braziliyalılardan təşkil olunmuş bərk komanda hesab olunurdu.

Mövsüm başa çatan kimi təklif bolluğunda üzən futbolçuların hərəsi bir tərəfə dağılışmışdı. İkisi “Zirə”yə, biri İsrailə, biri Malaziyaya, biri də ötən yay Moldovaya üz tutmuşdu.

İndiki hamısı bir-bir “Araz-Naxçıvan”a gəlir. Ramon Maçado, Felipe Santos, Əyyub Allaş...

Təkcə pula görə? Xeyr, Baxşıyevə görə. Pul dalınca qaçsalar, Asiya ölkələrində braziliyalıların ovuna çıxan o qədər klub var ki. Ora gedərdilər də.

Elə məşqçilər var ki, inandırım, keçmiş futbolçusuna günlərlə yalvarır, futbolçu yenidən onun sərəncamında olmaq istəmir. Amma bu adam.

Baxşıyev futbolçularla onların diliylə danışır. Kobudluq etmir, artıq-əskik söhbətlərə getmir, kiminsə haqqını yemir. Özünə görə xüsusi xarakter sahibidir.

İndiyə qədər bir dəfə də olsun mətbuat konfransında hansısa futbolçusunu qınadığını görmüsünüz? Açığı, xatırlamıram. Bəlkə futbolçu ilə münaqişə yaşaması yadınıza gəlir? Ümumiyyətlə, artıq söz və hərəkətlərlə gündəmdə olmağı xoşlamır.

Məhdud büdcə ilə nəticə verməyi “Qəbələ”də göstərməyi bacarmışdısa, bu gün rəhbərlik etdiyi komanda yalnız çempionatın lideri “Qarabağ”dan geri qalmaqla faktı sübut edir.

Bir hakimlərlə yerli-yersiz polemikaya girmək vərdişi var, yəqin ki, zamanla onun da həllini tapar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti