“Komandamızda lider oyunçular çoxdur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.
Cinah oyunçusu komandanın mövcud vəziyyəti haqda danışıb:
“Məğlubiyyətləri geridə qoyub, daha yaxşı çıxış etməyə başlayacağıq. “Səbail”lə kubok matçı Ardıcıl 4 məğlubiyyətdən sonra komandasının qazandığı ilk qələbə idi.
Uğursuz seriyanı geridə qoyduq. İnanıram ki, çempionluq yolunda daha çox qələbələr bizi gözləyir”.