![SON DƏQİQƏ: “Qarabağ”ı ÇL-ə buraxmayan məşhur klubdan TRANSFER HƏMLƏSİ!](https://www.sportinfo.az/media/2025/02/07/5621183_markoo_ls.jpg)
Yeni ildən sonra Olavio Juninyonu «Flamenqo»ya, Julio Romao «Ferensvaroş»a göndərən «Qarabağ»ın daha bir aparıcı oyunçusuna Avropadan ciddi maraq var.
«Dinamo Zaqreb» Marko Yankoviçi menecerlər vasitəsiiə bu istəyindən xəbərdar edib.
Çempionlar Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmış və hər iki oyunda qalib gəlmiş Xorvatiya klubu onunla danışıqlar aparmağa hazırdır.
Bunun üçün Monteneqro yığmasının üzvü məkanı dəyişmək niyyətində olub-olmamsı barədə onlara qəti fikir bildirməlidir.
2022-ci ilin iyunun 20-dən bəri “Qarabağ”ın formasını geyinən balkanlı legioner hələlik «Dinamo»nun çağırışına reaksiya verməyib.
Marko 1995-ci il iyulun 9-da o vaxt hələ Yuqoslaviya İttifaq Respublikası adlanan, özündə Serbiya ilə Monteneqronu birləşdirən ölkənin Setinye şəhərində dünyaya gəlib.
Məşhur “Partizan”ın yetirməsidir, peşəkar futbolçu karyerasına elə burada başlayıb.
Ardından “Teleoptik”, OFK, “Partizan” (hamısı Serbiya), “Olimpiakos” (Yunanıstan), “Maribor” (Sloveniya), SPAL, “Krotone” (hər ikisi İtaliya), “Beytər”, “Hapoel” (Təl-Əviv, hər ikisi İsrail) klublarında çıxış edib.
Onun ən yüksək transfer qiyməti 2018-ci ildə qeydə alınıb. Həmin vaxt SPAL-da çıxış edən Markonun dəyəri 2,5 milyon avro olub.
125 min avro qarşılığında “Qarabağ”a transfer olunan yarımmüdafəçinin indiki dəyəri 600 min avrodur.
Ağdam klubunun seleksiyaçıları onu uzun müddət izləyəndən sonra 2022-nin iyununda - Avstriya toplanışının elə ilk günündə müqavilə imzalayıb.
Onda müqaviləsi 3 illik idi, ancaq “Qarabağ” 2023-cü ilin sentyabrın 24-də müqavilə müddətini daha iki il artırıb.
Bu isə o deməkdi kir, qeyri-adi təklif olmasa, Yankoviç 2027-ci il iyunun 30-na qədər “Qarabağ”da olacaq.
Monteneqro yığmasının da aparıcı oyunçularındandır, 2016-cı il mayın 29-da debüt etdiyi milli komandada indiyə qədər 50 oyun keçirib, 1 qol vurub.
Serbiya çempionu və kubokunun sahibi, Azərbaycan çempionu və Sloveniya kubokunun sahibidir.
SPORTİNFO.AZ