COP29

Qurban Qurbanov: “Getmək istəyən heç bir futbolçunun qarşısını kəsmək istəmirəm”

08:20 Qarabağ 212
Qurban Qurbanov: “Getmək istəyən heç bir futbolçunun qarşısını kəsmək istəmirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Kadi Borgesin komandaya dönüşündən danışıb.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar”ın çalışdırıcısı braziliyalı vingerin onlara fayda verəcəyini bildirib:

“Kadi Borgesin transferi məcburiyyətdən deyil. Əlimizdə belə bir şans oldu.

Əvvəlcədən onun komandasından təklif var idi. Belə bir variant yarandı.

Ümumiyyətlə, Kadi lazımlı oyunçudur. Julio Romaonun getməsinə üzülürəm.

İstər-istəməz öyrəşmişdik, kollektiv olaraq uyğunlaşmışdıq. Onun getməsinə üzülürəm,

Kadinin gəlişinə sevinirəm. Kadinin transferi bəlkə də, düşünmədiyimiz bir keçid oldu.

Amma yay üçün başqa transfer planlarımız da var. Kadinin gəlməsi ilə hansısa oyunçunun ehtiyata düşəcəyini düşünmürəm.

Müxtəlif mövqelərdə oynamağı bacaran futbolçudur. Hələ ki, yoxlayacağıq necə qalıb və ondan sonra qərar verəcəyik.

Buradan gedən futbolçuların 90 faizinin getməsini istəməmişəm. Amma yaranan şərait,

klubun maraqları və yaxşı təklif olanda istər-istəməz məcbur oluruq. Getmək istəyən heç bir futbolçunun qarşısını kəsmək istəmirəm ”.

Digər Xəbərlər
Xəbər Lenti