COP29

“Qarabağ” üçün həqiqət anı – Mümkün olacaqmı?

14:00 Qarabağ 357
“Qarabağ” üçün həqiqət anı – Mümkün olacaqmı?

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

Komandaların iddiasına və imkanına baxsaq, təbii ki, matçın aşkar favoriti qonaqlardır.

Lakin indi elə vəziyyət yaradıb ki, “Qarabağ”ın “ASCO Arena”nı qalib tərk edəcəyini iddia etmək çətindir.

Yeni ildə meydana çıxdığı 5 oyunun 4-də məğlub olan “köhlən atlar”ın psixoloji durumu qaydasında deyil. Avrokuboklarda FCSB-yə 2:3, “Olimpiakos”a 0:3 hesabı ilə uduzan ağdamlılar, “Turan Tovuz”a 1:2, “Zirə”yə 2:3 hesabı ilə uduzub.

4 oyunun 3-də 3 top buraxıb, ümumilikdə 11 dəfə məyus olan çempion yalnız “Şamaxı” üzərində çətin – 3:2 hesablı qalibiyyətə sevinib. Hər nə qədər təəccüblü görünsə də, “Qarabağ” 5 qarşılaşmada qapısında 13 top görüb. Vurduğu qol sayı isə 8-dir.

Əvəzində, “Səbail” qış fasiləsindən sonra kifayət qədər inamlı görünür. “Dənizçilər” çempionatın ikinci yarısında “Sumqayıt” və “Şamaxı” kimi əsas rəqiblərini udub, çətin Tovuz səfərindən xalla qayıtmağı bacarıb. Kollektivdə əhval-ruhiyyə ən yüksək həddədir.

Üstəlik, rəqib üçün xoş olmayan süni örtükdə meydana çıxacaqlar ki, bunun özü də “Səbail”in xeyrinə işləyir.

Bu oyun “köhlən atlar” üçün dönüş nöqtəsidir. Qələbə qazanmaqla “Qarabağ”ın “ölmədiyini” göstərmək, Premyer Liqa üçün motivasiya tapmaq, cavab qarşılaşması öncəsi ciddi üstünlük qazanmaq mümkündür.

Təbii ki, bunu bacarsalar.

Bu axşam “ASCO Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti