COP29

"Qarabağ" daha bir legionerlə yeni anlaşma əldə etdi - SON DƏQİQƏ

10:40 Qarabağ 1 346
"Qarabağ" daha bir legionerlə yeni anlaşma əldə etdi - SON DƏQİQƏ

"Qarabağ" Kevin Medinadan sonra daha bir futbolçunun aqibətinə aydınlıq gətirib.

Ağdam klubu kolumbiyalı müdafiəçinin ardınca Mateus Silvanın müqaviləsini uzadıb.

2023-cü ilin yayında "Lokomotiv"dən (Plovdiv) alınan braziliyalı ən azı 2027-ci ilin iyunun 30-dək "köhlən atlar"ın şərəfini qoruyacaq.

26 yaşlı müdafiəçi ilə bağlanmış 2 illik müqavilənin yenilənməsi kluba asan başa gəlməyib.

Uzun müddət davam edən danışıqların sonucu olaraq, "sambaçı"nın aylıq maaşı indidən artırılıb.

Kontraktda əksini tapan digər bir şərtə görə, "Qarabağ" istəyərsə, Silvanın sözləşməsini 2029-cu ilədək uzatmaq haqqına sahibdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti