"İstədiyimiz nəticələri qazana bilmədik".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçə aiddir.
Monteneqrolı legioner komandasının Avropa Liqasının əsas mərhələsindəki çıxışına qiymət verib:
"Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Əgər hər matçdan qalib ayrılsaq, "Real Madrid" olarıq.
Yaxşı komandamız var. Kollektivin motivasiyası pozulmayıb. İndi məğlub olduğumuz görüşlərin təhlilini aparacağıq".
Ağdam klubu burada keçirdiyi 8 matçın 7-də məğlubiyyətlə üzləşib. "Köhlən atlar" bu üzdən 36 iştirakçı arasında sonuncu yeri tutub.