COP29

“Artıq sağollaşmaq vaxtı gəlib çatdı, çox sağ ol, "Qarabağ"!” - VİDA VİDEOsu

00:30 Qarabağ 125
“Artıq sağollaşmaq vaxtı gəlib çatdı, çox sağ ol, "Qarabağ"!” - VİDA VİDEOsu

"Qarabağ"dan ayrılaraq "Ferensvaroş"a keçən Julio Romao Ağdam təmsilçisi ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında Azərbaycan xalqına və kluba təşəkkür edib:

"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm.

"Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"

2022-ci ildən "Qarabağ"da çıxış edən Romao bu müddət ərzində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Bu gün Macarıstan "Ferensvaroş"u Romaonu transfer etdiklərini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər