"Qarabağ" heyətini hamımıza çox yaxşı tanış olan futbolçu ilə gücləndirdi.
"Köhlən atlar" sabiq yarımmüdafiəçisi Kadi Borgesi sıralarına qatdı.
Azarkeşlərin braziliyalı ilə bağlı xatirələri ancaq xoş hadisələrlə bağlıdır. Qısa müddətdə vurduğu qollar, etdiyi məhsuldar ötürmələr ilə könüllərdə taxt qura bilmişdi.
Portuqaliya ikinci liqasından çox ucuz qiymətə ölkəmizə gətirilən cənubi amerikalının birinci dönəmi çox uğurlu alınmışdı.
Nəticədə 5 milyon avroya "Krasnodar"a transfer olunmuşdu.
Görəsən, ikinci dönüş nə vəd edir?
Xanoğlan İmanov Sportinfo TV üçün hazırladığı növbəti materialda bu suala cavab verib.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz: