"Qarabağ" Kevin Media ilə əlaqəli günlərdir mətbuatın gündəmindən düşməyən söz-söhbətlərə son qoyub.
Ağdam klubu müqaviləsi bu yay bitəcək müdafiəçi ilə yeni razılaşmaya imza atıb.
Kolumbiyalı legioner daha 2 il "köhlən atlar"ın şərəfini qoruyacaq. Bu sövdələşmə nəticəsində «Tank» ləqəbli cənubi amerikalının əməkhaqqısı artırılıb.
Martda 32 yaşını tamamlayacaq cənubi amerikalının Azərbaycan çempionu ilə müqaviləsinin sonunu gözləmək istəmədiyi və indidən komanda tərk etmək fikrində olduğu deyilirdi.
"Qarabağ"ın aparıcı müdafiəçisi inişil yayda "Çaykur Rizespor"a keçməyə yaxın olub. Amma bu transfer son anda alınmayıb.
Türkiyənin Super Liqa təmsilçisi Medinaya «Qarabağ»da qazandığı puldan 3 dəfə artıq, təqribən 1 milyon dollar təklif eləsə də, o, Azərbaycanda qalıb və sözləşməsini ikiillik uzadıb.
Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. O, bura Portuqaliyadan – “Çaves”dən gəlib. Ötən müddətdə “köhlən atlar”ın formasını 107 dəfə geyinib, 2 qol vurub.
SPORTİNFO.AZ