COP29

Kadi “Ferensvaroş”u qoyub, niyə "Qarabağ"a gəldi? - MARAQLI MƏQAMLAR

10:40 Qarabağ 843
Kadi “Ferensvaroş”u qoyub, niyə "Qarabağ"a gəldi? - MARAQLI MƏQAMLAR

"Qarabağ" Kadi Borqesin qayıdışından açıqlayıb.

"Ferensvaroş"dan transfer edilən braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. Vinger 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”ı “Krasnodar”a dəyişib. Beş milyon təzminat qarşılığında.

2024-cü ilin yayında isə Rusiya klubundan “Ferensvaroş”a transfer olunub. Macarlar “sambaçı“ya görə 4,5 milyon avrosundan keçib.

O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.

Cənubi amerikalı legionerin Macarıstan təmsilçisi ilə belə tez vidalaşmasının da öz səbəbi var. “Ferensvaroş”dakı ab-hava Kadinin xoşuna gəlməyib.

Düşərgədəki atmosfer ona cansıxıcı gəlib. Kollektiv içində qruplaşmaların olmasını görən braziliyalı bir neçə dəfə rəsmilərə şikayətlənib, özünü burada rahat hiss etmədiyini deyib.

Kadi yaxınlarda «Qarabağ»ın məşqçiləri ilə əlaqə saxlayıb, geri dönmək istədiyini bildirib. Bu telefon danışığından sonra hər iki klubun nümayəndələri təmasə keçib.

“Ferensvaroş”un İdarə Heyətinin rəhbəri Pal Orosz və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinin üzvüdür.

Məhz tərəflər arasındakı bu münasibətlər transferdə böyük rol oynayıb.

“Ferensvaroş” onun əvəzində Julio Romaonu istəyib, “köhlən atlar” tərəddüd etmədən razılaşıb. Ağdam təmsilçisi həmyerlisinə görə təzminat istəmədiyindən, Kadi də onlara pulsuz başa gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti