«Nəticənin bizim üçün ciddi əhəmiyyəti yox idi deyə, oyunçularda motivasiya da aşağı səviyyədəydi».
Bu sözlər «Sportinfo TV»nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmıq telejurnalist «Qarabağ»ın Yunanıstanda «Olimpiakos»a 0:3 hesabıyla uduzaraq, Avropa Liqasının əsas mərhələsini sonuncu pillədə bitirməsinə münasibət bildirib:
«Belə oyunlarda yeganə motivasiya ölkənin klub reytinqinə xal yazdırmaq ola bilərdii.
Yəqin onu da bəzi futbolçular fikirləşib ki, ölkənin klub reytinqi elə bizə qalıb? Qoy, bir dəfə də bunu «Neftçi», «Sabah», «Zirə» və ya «Sumqaıyt» fikirləşsin.
Bizim kənardan gördüklərmiz, təbii ki. Qurban Qurbanovun komandanın daxilində görüb bildiyi qədər ola bilməz. Baş məşqçi də hələ ki, oyunçulardan razı qala-qala gedir.
Bu 6 aylıq avrokubok sessiyası «Qarabağ» üçün bir dərs olmalıdır. Məğlubiyyət mənə, sənə xoş deyilsə, Qurban Qurbanova, Tahir Gözələ, Əmrah Çəlikələ dünəndən xoş deyil.
Fərqimiz ondadır ki, bu məsələni onlar çözməlidir, biz yox. Hamımıza keçmiş olsun!
Səbrsizliklə yeni avrokubok mövsümünü, səhvlərdən nəticə çıxaracaq «Qarabağ» gözləyirik».