"Qarabağ" yenə künc zərbəsindən qollar buraxdı".
Bunu futbol eksperti Emin Abbasov deyib.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın Avropa Liqasının əsas mərhələsinin son iki turunda FCSB-yə evdə (2:3) və "Olimpiakos"a səfərdə uduzmasından (0:3) söhbət açıb.
Tanınmış teleşərhçi bildirib ki, Azərbaycan çempionu Bakıda olduğu kimi, Pireydə də standart vəziyyətlərdən buraxdığı qollarla məğlubiyyət yaşayıb.
O, "köhlən atlar"ın künc zərbələr zamanı hər cür kobud mövqe xətalarına yol verdiyini, məşqçilərin təlimatlarına riayət etmədiklərini söyləyib.
Abbasov xatırladıb ki, artıq bu kimi hallar adət halını alıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN