COP29

“Qarabağ”dan SÜRPRİZ TRANSFER - Çarə odurmu? - VİDEO

13:00 Qarabağ 324
“Qarabağ”dan SÜRPRİZ TRANSFER - Çarə odurmu? - VİDEO

“Axır həftələrdə alınan uğursuz nəticələrdən sonra Kadi Borgesin transferi azarkeşlərin üzünü az da olsa, güldürdü.

“Ferensvaroş”da əsas heyət üzvü kimi qarşılaşmalara çıxmayan braziliyalı futbolçunun hansı formada olduğu hələ bəlli deyil.

Amma “Qarabağ”a daha yaxından bələd olduğu üçün böyük faydası dəyə bilər. Hücum fazasında son 30-40 metrlik zonada faydalı iş əmsalı yüksək olan futbolçudur.

Yarımmüdafiənin mərkəzində Marko Yankoviç amilini də nəzərə alsaq, sürətli ötürmələrlə Kadi yenidən publikaya “xoş gəldim” mesajını verə bilər”.

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Kadi Borgesin “Qarabağ”a qayıdışından danışıb, barziliyalının hazırki oyun planında hansı üstünlüyə malik ola biləcəyinin proqnozunu səsləndirib.

“Qarabağ” 28 yaşlı “sambaçı” ilə 4 illik müqavilə imzalayıb. 2021-22-ci illərdə Ağdam klubunda forma geyinmiş Kadi 75 oyunda 28 qol vurub.

O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti