COP29

BU DA SON! “Qarabağ” Juninyodan sonra onunla da vidalaşdı

18:00 Qarabağ 3 971
BU DA SON! “Qarabağ” Juninyodan sonra onunla da vidalaşdı

Bu gün «Qarabağ»da gözlənilməz ayrılıq baş verib.

Ağdam klubu Olavio Juninyodan sonra daha bir legioneri ilə yollarını ayırıb.

Julio Romao ilə müddətinin başa çatmasına hələ 1 il qalmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Braziliyalı yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi də məlumdur. «Sambaçı»nın növbəti ünvanı Macarıstandır.

«Ferentsvaroş» Romaonu sıralarına qatmağın qarşılığında onun həmyerlisi Kadi Borgesi keçmiş klubuna qaytarıb.

BU DA SON!

“Köhlən atlar” onu 2022-ci ilin iyulunda “Santa Klara”dan heyətinə qatıb. O, Portuqaliya klubunda 2020-ci ildən oynayırdı.

Portuqaliyanın "Record" nəşri Ağdam təmsilçisinin bu yarımmüdafiəçi üçün 200-300 min avro arası məbləğ xərclədiyini yazıb

“Açoriano Oriental” saytı isə bu tranafer üçün “Qarabağ”ın 350 min avro təzminat ödədiyini yazıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti