“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozub.
Ağdam klubu bu gün 2025-ci ilin ilk oyunçu keçidini reallaşdırıb.
Belə ki, “köhlən atlar“ Kadi Borgesi geri qaytarıb.
Dünən gecə saatlarında Azərbaycana gələn braziliyalı vinger bu gün tibbi baxışdan keçib.
Ötən ilin yayında «Krasnodar»dan “Ferensvaroş”a (Macarıstan) «sambaçı»ı artıq köhnə-yeni klubu ilə və ilkin müqaviləyə imza atıb.
Kadi Borxes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib. Azərbaycan çempionu onu 5 milyon avro qarşılığında Rusiya klubuna satmışdı.
O, 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.
SPORTİNFO.AZ