COP29

"Qarabağ" ilk dəfə bu olayı yaşadı - Son 7 mövsümdə

00:50 Qarabağ 95
"Qarabağ" ilk dəfə bu olayı yaşadı - Son 7 mövsümdə

“Qarabağ” Premyer Liqanın 2024/2025 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub.

Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

“Qarabağ” sonuncu dəfə ötən mövsüm “Turan Tovuz”la görüşdə 3 qol buraxmışdı.

Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.

Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir.

2017/2018 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 02:20 Aqibəti necə olacaq?