COP29

Qurban Qurbanovun yanında təcrübə keçdi, milllinin yeni baş məşqçisi oldu - FOTOLAR

11:00 Qarabağ 320
Qurban Qurbanovun yanında təcrübə keçdi, milllinin yeni baş məşqçisi oldu - FOTOLAR

Xəbər verdiyimiz kimi, bugünlərdə Qazaxıstan milli komandasının baş məşqçi vəzifəsində dəyişiklik olub.

44 yaşlı mütəxəssis,bu postda Stanislav Çerçesovu əvəz edib.

Qazaxıstanlı mütəxəssis müxtəlif vaxtlarda ölkəsinin “Kızıljar”, “Şaxtyor”, “Astana” (gənclər), “Jenis” komandalarında işləyib.

Sportinfo.az qaynarinfo"ya istinadən xəbər verir ki, Ə.Əliyevlə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında bağlılıq var.

Əli Əliyev "Azərsun Arena"da

Əliyev UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə "Qarabağ”ın düşərgəsində olub, Qurban Qurbanovun yanında təcrübə də keçib.

O, "Olimpik Marsel”lə Bakıda keçirilən oyunu (2022-ci il, fevral) da canlı izləmişdi. Həmin qarşılaşmada isə Qurban Qurbanov bütün dünyaya "fair-play” nümunəsi göstərmişdi.

Əli Əliyev həmin vaxt "Qarabağ”a yaratdığı şəraitə görə təşəkkür etmiş, Bakıda gördüklərindən çox razı qaldığını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti