COP29

“Qarabağ”la müqaviləsi bitən 9 nəfər – Qurbanov kimləri yola salacaq?

20:00 Qarabağ 2 057
“Qarabağ”la müqaviləsi bitən 9 nəfər – Qurbanov kimləri yola salacaq?

“Qarabağ” “relsdən çıxıb”. Yenilgilər bir-birini əvəz edir.

Bu komandanın Qurban Qurbanovun dönəmində ardıcıl 4 oyunda məğlub olduğunu yada salmaq çətindir.

Bəlkə də belə bir hadisə baş verməyib.

Cari mövsümün gedişatı göstərdi ki, bəzi futbolçuların yaşından irəli gələn fiziki durumu əvvəlki kimi oynamağa imkan vermir. Yeni transferlər isə heç bir halda komandaya yeni nəfəs qata bilmədilər.

Yenilənmə işlərinə başlamaq üçün istənilən halda mövsümün sonunu gözləmək lazımdır. Şübhəsiz, iyun-avqust aralığında “Qarabağ”dan gedənlər və yeni gələnlər olacaq.

İndiki məqamda sual doğuran məqam hansı futbolçuların klubla müqavilə müddətinin başa çatacağıdır. Çünki sözləşməsi davam edənlərlə əl sıxıb sağollaşmaq “iki vur iki”nin cavabını tapmaq qədər asan deyil.

Ünlü “transfermarkt” saytındakı məlumatlara əsasən bildirək ki, Marko Veşoviç, Riçard Almeyda, Bədavi Hüseynov, Patrik Andrade, Kevin Medina, Abbas Hüseynov, Mateus Silva, Şahruddin Məhəmmədəliyev və Yassin Benzianın “köhlən atlar”la sözləşmə müddəti bu ilin iyun ayına qədərdir.

Qurbanovun növbəti illər üçün kimlərin xidmətinə ehtiyac duyacağını zaman göstərəcək. Ancaq mütləq şəkildə gedənlər olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti