COP29

Türkiyə klubu da "Qarabağ"ın maraqlandığı hücumçuya elçi düşdü

13:35 Qarabağ 795
Türkiyə klubu da "Qarabağ"ın maraqlandığı hücumçuya elçi düşdü

"Qarabağ" hücumçu axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Juninyonun əvəzinə argentinalı hücumçu gətirməyi planlaşdırır.

Belə ki, Azərbaycan çempionu "Beroe"nin hücumçusu Santyaqo Leandro Qodoyla maraqlanır. Lakin argentinalının keçidi həll etmək asan olmayacaq.

Məsələ burasındadır ki, 23 yaşlı hücumçunu Türkiyədən "Bodrumspor" da transfer etmək niyyəttindədir.

Onun "Beroe" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Leandro O, karyerası ərzində Rasinq, Çakarita Juniors, Torreense, Defensa Xustusiya kkublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti