COP29

UEFA açıqladı - “Qarabağ” üçün 29 qurtarış edən kimdir?

02:00 Qarabağ 97
UEFA açıqladı - “Qarabağ” üçün 29 qurtarış edən kimdir?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, bu, UEFA-nın rəsmi saytındakı statistik göstəricilərdə göstərilib.

24 yaşlı qolkiper 29 qurtarışla yadda qalıb. Polşalı bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb. Birinci sırada “Elfsborq”un (İsveç) “çərçivə qoruyucusu” İsak Pettersson yer alıb.

“Qarabağ” Liqa mərhələsini 3 xalla sonuncu – 36-cı pillədə başa vurub. “Köhlən atlar” 6 qol vurub, qapısında 20 top görüb.

Mateuş Koxalski 8 matçın 6-da iştirak edib, digər 2 görüşdə isə Fabian Buntiç oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti