COP29

Qapını döydü, “Qarabağ”dan gedib-getməyəcəyinə dair şayiələrə SON QOYDU

20:00 Qarabağ 892
Qapını döydü, “Qarabağ”dan gedib-getməyəcəyinə dair şayiələrə SON QOYDU

"Qarabağ"da "yarpaq tökümü" başlaması haqda xəbərlər dolaşır.
Söyləntilərə görə, komandanı ilk tərk edən aparıcı futbolçulardan biri Kevin Medina ola bilər.

Kolumbiyalı müdafiəçinin müştərisi olduğu "FİA FOOTBALL" agentliyinin təmsilçilərinin ağdamlıların nümayəndələri ilə görüşdüyü bildirilir.

Kevin Medianın "Qarabağ"la müqaviləsi bu yay bitir.

Amma martda 32 yaşını tamamlayacaq cənubi amerikalının Azərbaycan çempionu ilə müqaviləsinin sonunu gözləmək istəmədiyi və indidən komanda tərk etmək fikrində olduğu deyilir.

"Qarabağ"ın aparıcı müdafiəçisi inişil yayda "Çaykur Rizespor"a keçməyə yaxın olub. Amma bu transfer son anda alınmayıb.

Türkiyənin Super Liqa təmsilçisi Medinaya «Qarabağ»da qazandığı puldan 3 dəfə artıq, təqribən 1 milyon dollar təklif eləsə də, o, Azərbaycanda qalıb və sözləşməsini ikiillik uzadıb.

Yayılan son informasiyalar kolumbiyalını narahat edib. Medina klub funksionerləri ilə görüşərək, getmək fikrində olmadığını söyləyib.

«Tank» ləqəbli legioner kontraktın yenilənməsiylə bağlı danışıqlara başlamağa hər an hazır olduğunu bildirib.

Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. O, bura Portuqaliyadan – “Çaves”dən gəlib. Ötən müddətdə “köhlən atlar”ın formasını 107 dəfə geyinib, 2 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”