COP29

Avropanın məşhur klubu Qurban Qurbanovu gətirmək üçün… ŞOK İDDİA!

14:40 Qarabağ 2 506
Avropanın məşhur klubu Qurban Qurbanovu gətirmək üçün… ŞOK İDDİA!

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropanın tanınmış klublarından birinin maraq dairəsindədir.

Bununla bağlı sosial şəbəkələrdə növbəti iddialar sürətlə paylaaşılmaqdadır.

Portuqaliya nəhəngi "Sportinq"in Qurbanovun xidmətində maraqlı olması haqda məlumatlar yayılıb.

Qurbanovun rəhbərlik etdiyi "Qarabağ"ın uzun illərdir Avropadakı sabit çıxışı, Kadi Borges, Juninyo Oliveyra və bir çox başqa sıradan futbolçuları Portuqaliyadan Azərbaycana gətirib ulduza çevirməsi Lissabon təmsilçisinin diqqətindən yayınmayıb.

2008-ci ildən "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanov bu müddətdə həm komandası ilə, həm də fərdi olaraq ölkəmizdə mümkün bütün mükafatları dəfələrlə qazanıb,

"Qarabağ"ı avrokubokların həlledici mərhələlərinin daimi sakininə çevirib, özü isə "Ədalətli oyun" prinsiplərinə sadiqliyinə görə Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) nüfuzlu "Joao Barotra" diplomuna layiq görülüb.

Onun Ağdam təmsilçisi ilə sözləşməsi bu ilin yayında bitəcək. "Sportinq"in məhz həmin vaxt azərbaycanlı çalışdırıcını sükan arxasına gətirmək istədiyi söylənilir.

Portuqaliya klubu hazırda Rui Borgesin sərəncamındadır. Sabiq "Vitoriya"lı ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

"Sportinq" bu keçid üçün dekabrda "Vitoriya"ya 4 milyon avro ödəyib. Çünki Borgesin Gimanaynş təmsilçisi ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var idi.

Ruben Amorim ötən ilin noyabrında "Sportinq"i tərk edərək "Mançester Yunayted"ə keçib. Onun gedişindən sonra komandanı Joao Pereyra çalışdırıb.

Pereyranın fəaliyyəti fiasko ilə nəticələndiyindən o, qısa müddətdən sonra qovulub. Rəhbərlik yeni sükançıdan çempionluq tələb edib.

Rui Borges bu vəzifənin öhdəsindən gəlsə, onunla müqavilə 2 il müddətinə uzadılacaq.

İşini ehtiyatlı tutan lissabonlu rəsmilərin müxtəlif menecerlər vasitəsilə Qurban Qurbanova mesaj göndərdikləri, tezliklə randevü almaq istədikləri iddia olunur.

Xəbərlərə inansaq, "Sportinq" mənsubları görüş yeri kimi Avropanı təklif edib. Onlar İspaniya, yaxud Niderlandda bir araya gəlməyin tərəfdarıdır.

Sosial şəbəkələrdə dolaşan daha bir informasiyaya görə, "ağ-yaşıllar" azərbaycanlı mütəxəssislə 3 illik müqavilə bağlamaq niyyətindədir.

Qurbanov razılıq verərsə, ilk ilində 6 milyon avro qazanacaq. Növbəti mövsümdə bu rəqəm 8 milyon avroya çatacaq. Üçüncü sezonda isə bu gəlir 10 milyon avronu haqlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”