COP29

"Qarabağ"ın oyunçusu “Sportinfo”ya açıqladı: "Yaxşı legioner həyatı yaşamaq istəyirəm"

21:00 Qarabağ 340
"Qarabağ"ın oyunçusu “Sportinfo”ya açıqladı: "Yaxşı legioner həyatı yaşamaq istəyirəm"

Hazırda yerli futbolçular arasında ən yüksək səviyyədə çıxış edəni Elvin Cəfərquliyevdir.

O, həm millidə, həm də "Qarabağ"da mövqeyinin bir nömrəsidir.

Cinah müdafiəçisi komandası məğlub olduğu görüşlərdə belə adətən özünü yaxşı tərəfdən göstərir, tənqidlərdən yan qaça bilir.

Belədə təbii ki, hər kəsin gözlədiyi 24 yaşlı futbolçunun parlaq legioner həyatı yaşamasıdır.

Artıq bəzi təkliflər də var. Zaman-zaman mətbuatda bir neçə ölkədən ona maraq olduğu yazılır.

Görəsən, arxa xətt oyunçusu özü nə düşünür, legioner həyatı yaşamağa özünü hazır hiss edirmi?

"Bu barədə çox danışılır. Nə qədər hazır olub-olmadğımı deyə bilmərəm. Amma çox istəyirəm ki, xaricdə yaxşı legioner həyatı yaşayaraq Azərbaycanı təmsil edim. İnşallah, gələcəkdə nəsib olar.

Bəzi nöqsanlarımın üzərində işləyib, artırmalıyam. İşimə köklənmişəm. Öz işimi görürəm. Düşünürəm ki, bundan da yaxşı Elvin ola bilərəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti