COP29

"Qarabağ"ı ortaya qoyub, sağdan-soldan döşəyirlər - Qurban Qurbanov isə...

3 Fevral 22:40 Qarabağ 275
"Qarabağ"ı ortaya qoyub, sağdan-soldan döşəyirlər - Qurban Qurbanov isə...

Sosial şəbəkələrə girilməsi mümkün deyil.

Daş atırsan mütəxəssisə dəyir.

Məmə yeyəndən, pəpə deyənə kimi hamı akademiklik edir.

Bir sözlə, "Qarabağ"ı ortaya qoyub, sağdan-soldan döşəyirlər.

Avropa Liqasının əsas mərhələsində mübarizəni dayandırdığına görə.

Plan təklif edən kim, Qurbanova əvəzləyici tapan kim.

Hələ Juninyoya görə kluba ödənəcək 5 milyona oyunçu seçənləri demirəm.

Oxuduqca adamı bir dəli gülmək tutursa, bir də təəccüb boğur.

Görəsən, Qurban Qurbanov bu qədər naşı futbol təfəkkürü hökm sürən ortamda bugünkü "Qarabağ"ı necə qura bilib? Arxada qalan 15 ildi hər keçən gün necə böyüdə bilib?

O, böyüyür, böyüdür, amma kütlə bir addım da yerindən tərpənmir.

2010-cu ildə necə idilərsə, bu gün də həminkidirlər.

Avropada tarix yazan "Qarabağ" məhz bu adamların tənələri altında zirvəyə qalxıb.

Qurbanov nailiyyətlərini bir kənara qoyuram, elə təkcə bu cür kütləyə dözüm göstərdiyi üçün qəhrəmandır.

Onun yerinə kim olsaydı, üfunət iyi verən "futbol söhbətləri"nə çoxdan təslim olmuşdu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 19:30 Çək və bizə göndər!
3 Fevral 11:20 Belə bir iş görün!
3 Fevral 02:20 Aqibəti necə olacaq?