COP29

Dedi, nə edirsən et, əl çəkdi yoxdur səndən...

15:00 Qarabağ 248
Dedi, nə edirsən et, əl çəkdi yoxdur səndən...

«Qarabağ»ın Avropa səyahəti Cəbəlütariqdə başladı, Yunanıstanda bitdi.

«Linkoln»la start götürən yolçuluq Pireydə son mənzilini tapdı.

Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq şansını ötən həftə Bakıda itirmiş «Qarabağ» onun üçün heç bir əhəmiyyət daşımayan qarşılaşmada 56 dəqiqə «Olimpiakos»a «diş qıcadı».

Lənətə gəlmiş korner vuruşları… Gerçəkdən də künc zərbələri «Qarabağ» üçün bir dəhşətli kabusa dönüb.

FCSB Bakıda 3 belə qol vurub, 3 xalı özüylə Rumıniyaya aparmışdı. Pireydə də «Olimpiakos» belə vəziyyətdən sonra iki dəfə fərqləndi.

Deyiləcək çox söz yoxdur day! Yunanıstanda yalnız Juninyonun yeri görünmədi. Bircə onun yoxluğu hiss olunsaydı, dərd yarıydı.

Gözümüz Zubiri, Yankoviçi, Benzianı da çox axtardı. Görəsən, harada idilər dünənki gecə?

Fərdi xətalar bu mövsüm «Qarabağ»ın belini çox bükdü avrokuboklarda. Futbol bəxti tamamən küskün kimi davrandı «Qarabağ»la.

Bu, bir oyun belə olar, iki oyun belə olar, yox e, hər dəfə təkrarlandı.

Günlər həftələri, həftələr ayları, aylar fəsilləri əvəzlədi, şansızlıq komandanın yaxasını buraxıb qaldı, dedi, nə edirsən et, səninləyəm, əl çəkdi yoxdur.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti