COP29

“Qarabağ” iki-üç legionerlə bu gün-sabah… TƏCİLİ

30 Yanvar 22:40 Qarabağ 436
“Qarabağ” iki-üç legionerlə bu gün-sabah… TƏCİLİ

«Qarabağ» 2025-ci ilə ənənəvi başlanğıc verməyib.

Hər oyunda qol buraxırlar.

Daha fərq eləmir - bu, avrokubok oyunudur, ya Premyer Liqa. Qarşılarına çıxan hər komanda qapılarına yol tapır.

Buna isə nə Qurban Qurbanov alışıqdır, nə də biz.

Futbolçuların özlərini demirik. Vəziyyəti bu həddə gətirib çıxaran onlardır.

«Şamaxı» Premyer Liqada qalmaq mücadiləsi verən üç komandadan biridir. Çempionatın ən kasıb iştirakçısıdır.

Heyəti 3-5 min manat/dolllarlıq yerlilərdən və gəlmələrdən ibarətdir.

«Şamaxı» bu uçuq-sökük dəstəylə «Qarabağ»a səfərdə iki qol vurursa, FCSB və «Turan Tovuz»un eyni məkanda - «Tofiq Bəhramov»da qalib gəlməsindən təbii nə var, biz nəyə təəccüblənirik və ya niyə təəccüblənməliyik?

Müdafiə fazasında fərdi səhvlər əvvəl də var idi, indi bir az da üstünə qoyublar. Qurbanov rəqibin ranqını nəzərə alaraq, bəzən rotasiyalar edir, bəzən də yerdəyişmələr.

Di gəl. bütün bunlar arxa zonanın etibarlılığını artırmır. Demək ki, birilərinin düşərgədən göndərilməsi məqamı yetişib, özü də armud yetişən kimi.

İki-üç nəfərin o yeri boşaltması lazımdır ki, ən azı bir o qədər legioner bura cəlb olunsun.

Biz hansısa yerlidən, yerlilərdən danışmırıq, çünki elə bir azərbaycanlı müdafiəçi yoxdur ki, «Qarabağ»a gətirəsən, legionerlərin gözünə qatasan, komandaya güc qatsın.

O səviyyədə oyunçuları ölkə xaricində axtarmaq gərəkdir. Gecikmədən, elə günü sabah.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 10:00 “Qalatasaray”dan getdi