COP29

Bunu gözdən qaçırmayın! - “Qarabağ” yunanlara qalib gələrsə...

30 Yanvar 16:20 Qarabağ 1 847
Bunu gözdən qaçırmayın! - “Qarabağ” yunanlara qalib gələrsə...

Avropa Liqasında mübarizə aparan “Qarabağ” sabah “Olimpiakos”la görüşəcək.

Sportinfo.az xəbər verir ki, Liqa mərhələsinin VIII turunun matçı Azərbaycan və Yunanıstan klublarının 15-ci avrokubok dueli olacaq.

Əvvəlki 14 qarşılaşmada üstünlük Ellada təmsilçisindədir. 3 qələbəsi olan klublarımız 4 dəfə uduzublar. “Qarabağ” bu gecə qalib gələrsə, bu göstəricidə tarazlıq yaranacaq.

Əvvəlki görüşlərin düz yarısı – 7-si heç-heçə bitib. Top fərqi isə Azərbaycan klublarının xeyrinədir – 11-9.

Həm “Qarabağ”, həm “Olimpiakos” rəqib ölkə təmsilçiləri ilə 4 matç keçirib. Bunlardan ikisi 2021/22 mövsümündə Avropa Liqasının qrupunda iki komanda arasında baş tutub.

Həmin vaxt Qurban Qurbanovun yetirmələri Pireydə darmadağınla qələbə qazanıblar. Həmin vaxt Georgios Karaiskakis stadionunda Ramil Şeydayev, Ovusu Kvabena və Marko Veşoviç qol sevinci yaşayıb.

Ağdam klubu Pireyə ikinci səfərində də üç xal üçün mübarizə aparacaq. Komandaların Bakıdakı qarşılaşmasında qol vurulmayıb.

“Qarabağ” yunanıstanlılarla 4 görüşdə qol buraxmayıb. Təmsilçimiz 3 qələbə qazanıb və yalnız bir dəfə heç-heçə edib.

2012/13, Avropa Liqası
“Asteras” – “İnter” – 1:1, 1:1, pen. 8:9
2015/16, Avropa Liqası
“Qəbələ” – “Panatinaikos” – 0:0, 2:2
“Qəbələ” – PAOK – 0:0, 0:0
2016/17, Avropa Liqası
“Qarabağ” – PAOK – 2:0, 1:0
2017/18, Avropa Liqası
“Panatinaikos” – “Qəbələ” – 1:0, 2:1
2021/22, Çempionlar Liqası
“Olimpiakos” – “Neftçi” – 1:0, 1:0
2022/23, Avropa Liqası
“Olimpiakos” – “Qarabağ” – 0:3, 0:0

“Olimpiakos” – “Qarabağ” matçı yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq (idman.biz).

Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 17:30 Çək və bizə göndər!
30 Yanvar 10:00 “Qalatasaray”dan getdi