Avropa Liqasının Liqa mərhələsinin sonuncu turunda “Olimpiakos”la üz-üzə gələcək “Qarabağ”ın səfər planı məlum olub.
Pley-off şansları tükəndiyindən, baş məşqçi Qurban Qurbanov Yunanıstan səfəri ilə bağlı fərqli qərar verib.
Cari avrokubok mövsümündəki səfər qarşılaşmalarına oyundan iki gün əvvəl yola düşən “köhlən atlar” bu dəfə matçdan bir gün öncə havaya qalxacaq.
Zədəsini müalicə edən, mikrozədəsi olan, adı iştirak ərizəsinə salınmayan – bir sözlə, bütün futbolçular komanda ilə birlikdə olacaqlar.
“Qarabağ”ı Ellada torpağına aparacaq çarter reysli təyyarə yanvarın 29-u saat 11:30-da Bakıdan havaya qalxıb, yerli vaxtda günorta 3 radələrində Afinaya edəcək.
Bundan bir neçə saat sonra – saat 19:40-da Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. 20:00-da isə “Qarabağ”ın oyunöncəsi son məşqi start götürəcək.
Yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ