COP29

Bunlar da “Qarabağ” üçün “Mançester Siti” imiş

26 Yanvar 18:10 Qarabağ 953
Bunlar da “Qarabağ” üçün “Mançester Siti” imiş

Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB ilə görüşən “Qarabağ” nadir təsadüf olunan hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası 2:3 hesabı ilə uduzduğu matçda bütün qolları künc zərbələrindən sonra buraxıblar.

Çempionlar Liqasında da oxşar hadisə yaşanıb. Maraqlıdır ki, Belqradda da qonaqlar kornerdən üç qola sevinib və elə eyni hesabla qalib gəliblər.

Həmin gün PSV “Srvena Zvezda”nı məğlub edib. Serbiya klubu “Qarabağ”ın taleyini yaşayıb.

Çempionlar Liqasının XXI əsrdə keçirilən matçlarında 5-ci dəfə idi ki, eyni komanda bir matçda kornerdən 3 qol vururub.

Niderland təmsilçisinə qədər 2007-ci ildə “Milan”, 2013-cü ildə PSJ, 2017 və 2023-cü illərdə “Mançester Siti” bunu bacarıb. FCSB də Bakıda özünü mançesterlilər kimi aparıb.

“Qarabağ” 7 turdan sonra 3 xalla 34-cü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu