Olavio Juninyonu transfer edən “Flamenqo" "Qarabağ" qarşısında öhdəlik götürüb.
Razılaşmaya əsasən, Braziliya klubu yanvarın sonunadək qarşı tərəfin hesabına 2,5 milyon avro köçürəcək.
Bir bu qədər məbləğ isə may ayı ərzində "köhlən atlar"ın büdcəsinə daxil olacaq.
Forvard yeni klubu ilə 2028-ci ilin sonuna qədər müqavilə bağlayıb və 23 nömrəli formanı geyinəcək.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı bu müddətdə 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.
SPORTİNFO.AZ