COP29

“Hələlik “Porto”dan danışırıq, sonra yeri gələndə “Qarabağ”dan danışacağıq”

26 Yanvar 00:50 Qarabağ 387
“Hələlik “Porto”dan danışırıq, sonra yeri gələndə “Qarabağ”dan danışacağıq”

"Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda “Porto” üzərində qələbədən (1:0) sonra qarşıdakı, final oyununa da toxunub.

Sportinfo.az xəbər verir ki, “Novasports”a danışan təcrübəli mütəxəssis “Qarabağ”la görüşdəki şanslarını dəyərləndirib:

"Qarabağ"la görüşü nəzərə alsaq, “Panatinaikos”la oyunda rotasiyalar olacaqmı? Həqiqətən problemlisiniz (gülür).

Hələlik “Porto”dan danışırıq, sonra yeri gələndə növbəti rəqibimiz “Qarabağ”dan danışacağıq. Qarşıda digər oyunlar da var.

Avrokubok kuboklarını qazanmağa davam etmək barədə heç nə deyə bilmərəm. (“Olimpiakos” Konfrans Liqasının hazırkı qalibidir).

İndi biz “Panatinaikos”u məğlub etməyi düşünür və xəyal edirik".

"Olimpiakos" - "Qarabağ" matçı yanvarın 31-də Pireydə keçiriləcək və görüşə 00:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu
26 Yanvar 02:00 Millimiz Kosovonu uddu
26 Yanvar 00:30 Nə o, nə bu... VİDEO