Avropa Liqasının “Qarabağ” – FCSB oyunundan öncə sorğu keçirilib.
Sportinfo.az xəbər verir ki, Liqa mərhələsinin VII turunun Bakıdakı matçının favoriti ilə bağlı səsvermə UEFA-nın rəsmi saytına yerləşdirilib.
Azarkeşlərin qatıldığı sorğuda “Qarabağ” bu matçın favoriti hesab olunub. Onların 59 faizi Azərbaycan çempionunun qələbəsinə inanıb.
Rumıniya klubunun qalib gələcəyinə səs verənlər isə 37 faiz təşkil edib. Heç-heçə variantına isə cəmi 4 faiz üstünlük verib.
Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ” – FCSB matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 2:3.